“Napoli” 1/4 finalda dayandı

İtaliya kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

“Napoli” “Komo”nu qəbul edib. Penaltilər seriyasında uduzmuş Neapol təmsilçisi kubokla vidalaşıb.

Daha öncə “İnter”lə “Atalanta” da yarımfinala yüksəlmişdi. 1/4 finala sabah keçiriləcək “Bolonya” – “Latsio” oyunu ilə yekun vurulacaq.

İtaliya Kuboku
1/4 final mərhələsi

10 fevral

Napoli – Komo 1:1 (penaltilər 6:7)
Qollar
: Verqara, 46 – Baturina, 39-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button