“Bu, həyatımdakı ən vacib addım olacaq” – “Real”ın futbolçusu

İcarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən “Real”ın futbolçusu Əşrəf Hakimi karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Borussiya” ilə icarə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 21 yaşlı futbolçu, bunları deyib:

“Nəzəri olaraq, cari mövsümün sonunda “Real”a qayıtmalıyam. İyun ayında qərar verməli olacam və bu, həyatımdakı ən vacib addım olacaq. Tezliklə “Real”la görüş keçirəcəyik. Sonda mənim üçün ən yaxşı qərarı verəcəyimizə inanıram”.

“Real”la müqaviləsi 2022-ci ilin iyununda bitəcək Hakimi, PSJ, “Yuventus”, “Çelsi” və “Bavariya”nın maraq dairəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button