
Runi: “Messi Ronaldodan daha yaxşıdır”
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi, keçmiş komanda yoldaşı Kriştiano Ronaldonu Lionel Messi ilə müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçudan daha çox Messiyə üstünlük verdiyini deyib və seçiminin səbəbini belə izah edib:
“Mən Ronaldonu sevirəm, amma düşünürəm ki, Messi daha yaxşıdır. Çünki onun oyununu izləməkdən daha çox zövq alıram. Ən yaxşı dövründəki Messi indiyə qədər gördüyüm ən yaxşı futbolçudur”.
Ronaldo hazırda “Əl-Nəsr”də, Messi isə “İnter Mayami”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



