Məhşur futbolçu 4-cü Liqa klubu ilə anlaşıb

Bir vaxtlar “Yuventus” və “Bayern”də çıxış etmiş Duqlas Kosta karyerasını gözlənilməz klubda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hazırda İtaliya futbolunun dördüncü divizionu olan D Seriyasında mübarizə aparan “Kyevo” klubuna keçməyə yaxındır.

Hazırda azad agent statusunda olan və Avstraliyanın “Sidney” klubu ilə yollarını ayıran Kosta hələ futbolu bitirmək niyyətində deyil. O, artıq “Kyevo”da çıxış etməyə ilkin razılıq verib.

Vaxtilə A Seriyasında çıxış edən “Kyevo” hazırda D Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və daha üst liqaya yüksəlmək uğrunda mübarizə aparır.

35 yaşlı futbolçunun mümkün transferi klubun ambisiyalarını daha da gücləndirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button