Elmar Baxşıyev millinin məğlubiyyəti haqda danışdı

İyunun 1-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Belə ki, milli komanda ayın 5-də Malta yığması ilə qüvvəsini sınadı. Bəzilərinin düşüncəsinə görə, əvvəlkilərdən daha məzmunlu çıxışı ilə yadda qalan Azərbaycan millisi bu oyunda 0:2 hesabı ilə məğlub oldu.

Oyunla bağlı fikirlərini öyrənmək üçün “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq. Baxşıyevin millinin yoxlama matçı ilə bağlı Komanda.az-a açıqlaması belə oldu:

“Yoxlama oyunları daha çox futbolçuların əlaqələrinin yaxşılaşdırması baxımından komanda üçün faydalı olur. Məğlub olmuşuqsa, daha da artığını etmək məcburiyyətindəyik. Ümid edirəm ki, bu oyundakı həm müsbət, həm də mənfi cəhətlər məşqçilər heyətinə gələcək planlar üçün faydalı olar”.

Baxşıyev, “bu oyunla Millətlər Liqasında nəyə ümid etmək olar” sualını belə cavablandırdı:

“Daha da balanslı və güvənli oynasa, millimizin Millətlər Liqasında uğurlu nəticəsinə ümid edə bilərik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button