“Mançester Yunayted” və “İnter” bosniyalı müdafiəçi ilə maraqlanır

“Mançester Yunayted” və “İnter” “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviçə maraq göstərir.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

22 yaşlı futbolçu “Bolonya”, “Aston Villa” və “Bornmut” klublarının da diqqət mərkəzindədir.

Muharemoviç 2025-ci ildə “Yuventus”dan “Sassuolo”ya 3 milyon avroya transfer olunub. Növbəti satış zamanı Turin klubu əldə ediləcək məbləğin 50 faizinə sahib olacaq.

“Sassuolo” rəhbərliyi bosniyalı futbolçunun satışı ilə bağlı qərarı yay transfer pəncərəsinə qədər təxirə salmaq niyyətindədir.

O, cari mövsümdə bütün turnirlərdə 17 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button