MY Kazemironu “Qarabağ”ın rəqibinin futbolçusu ilə əvəzləmək istəyir

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Mançester Yunayted” tərəfindən Kazemiroya mümkün əvəzləyici kimi nəzərdən keçirilir. Braziliyalı futbolçunun cari mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılacağı gözlənilir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi “Mançester Yunayted”in transfer bazarındakı əsas hədəflərindən biridir. Onların diqqət mərkəzində olan digər futbolçular isə “Nottingem Forest”də çıxış edən Elliot Anderson və “Kristal Pelas”ın üzvü Adam Uortondur. “Nyukasl” Tonalinin transferi üçün təxminən 100 milyon funt-sterlinq tələb edə bilər.

Kazemiro bu yaxınlarda verdiyi açıqlamada cari mövsümün “Mançester Yunayted”də onun üçün sonuncu olacağını bildirib.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button