MY Reşfordu əsas rəqiblərindən birinə satmaq istəmir

“Arsenal”ın “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etməsi asan olmayacaq.

28 yaşlı futbolçu “Barselona”dakı icarə müddətini başa vurduqdan sonra yenidən “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdacaq. Bununla belə, ingiltərəli oyunçunun yay transfer dönəmində yenidən klubunu dəyişəcəyi gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Reşfordun xidmətində maraqlı olan klublardan biri də “Arsenal”dır. Ancaq “Mançester Yunayted” rəhbərliyi futbolçunu əsas rəqiblərindən birinə satmaq niyyətində deyil. Yalnız “Arsenal”ın çox sərfəli təklif irəli sürəcəyi təqdirdə, transfer məsələsinə baxıla bilər.

Reşfordun bazar dəyəri 40 milyon avro təşkil edir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button