“Mançester Yunayted”in ən sürətli futbolçusu – Bolta görə

Yamaykalı yüngül atlet Useyn Bolt “Mançester Yunayted”in hücumçusu Markus Reşford haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli forvardı “qırmızı şeytanlar”ın ən sürətli oyunçusu adlandırıb:

“Məncə, hazırda “Mançester Yunayted”in ən sürətli futbolçusu Reşforddur”.

Useyn, “Onu keçmək üçün nə qədər məsafə kifayət edər” sualını belə cavablandırıb:

“Fikrimcə, Markus 20, 30 metrlik məsafədə məni məğlub edə bilər. Çünki futbolçular çox sürətli olurlar. Onlar anidən “partlamaq” üçün mütəmadi məşqlər edirlər”.

Reşford cari mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button