“Mançester Yunayted”dən “Ayaks”a 50 milyon avroluq təklif

İngiltərənin “Mançester Yunayted” klubu “Ayaks”ın hücumçusuna “elçi düşüb”.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Hollandiya klubunun 22 yaşlı futbolçusu David Neres “qırmızı şeytanlar”ın transfer hədəfindədir. Mançester təmsilçisi Neres üçün “Ayaks”a 50 milyon avro təklif edib. “Ayaks” isə bu təklifdən imtina edərək, 70 milyon avro tələb edib. “Mançester Yunayted”in bu məbləği ödəmək fikrində olmadığı və Hollandiya təmsilçisi ilə təzminat məbləği üçün danışıqlar apardığı deyilir.

Futbolçunun satışından əldə olunacaq gəlirin 23 faizi Neresin ilk klubu olan “San Paulo”ya çatacaq.

2017-ci ildən “Ayaks”ın şərəfini qoruyan futbolçunun müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button