
“Mançester Yunayted” Karriklə danışıqlara hazırlaşır
“Mançester Yunayted” baş məşqçisi Maykl Karriklə yeni müqavilə danışıqlarına başlamağa hazırlaşır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, tərəflər arasında rəsmi görüşlərin Premyer Liqanın son turunda keçiriləcək “Brayton”la matçdan əvvəl başlanacağı gözlənilir. Qarşılaşma mayın 24-də keçiriləcək.
Karrik bu ilin yanvarında Ruben Amorimi əvəz edərək “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçib. Komanda onun rəhbərliyi altında 15 oyunda 10 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 2 məğlubiyyət alıb.
“Mançester Yunayted” hazırda Premyer Liqada 65 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və mövsümün bitməsinə iki tur qalmış UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



