“Mançester Yunayted”in skautları 2 futbolçu üçün Almaniyaya gedib

“Mançester Yunayted” müdafiəçi Nataniel Braun və yarımmüdafiəçi Huqo Larssonla maraqlanır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları 22 yaşlı almaniyalı və 21 yaşlı isveçli oyunçunu qiymətləndirmək üçün Frankfurt “Ayntraxt”ının “Maynts”a qarşı son oyununda iştirak ediblər.

Premyer Liqanın digər klublarının nümayəndələri də həmin oyunçuların irəliləyişini izləyir.

“Transfermarkt”ə görə, Braunun bazar dəyəri 35, Larsson isə 32 milyon avro qiymətləndirilir. Oyunçuların “Ayntraxt”la müqavilələrinin müddəti müvafiq olaraq 2030 və 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button