
Mxitaryan karyerasını bitirə bilər – Mövsümün sonunda
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan bu mövsümdən sonra təqaüdə çıxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, erməni futbolçunun İtaliya klubu ilə müqaviləsini yeniləmək vəziyyəti mürəkkəb olaraq qalır. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ildə başa çatır, lakin tərəflər arasında yeni müqavilə imzalamaq üçün danışıqlar prosesi dayanıb. Mxitaryan “İnter”lə yeni müqavilə barədə razılığa gələ bilməsə, təqaüdə çıxmağı düşünə bilər.
37 yaşlı futbolçu 2022-ci ildə azad agent kimi “Roma”dan “İnter”ə keçib. O, bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



