“Birlik ən yaxşı silahdır” – Erməni futbolçu

“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan İtaliya klubunun əsas gücünün nədə olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın əsas gücünün birlik içərisində olmaq olduğunu bildirib:

“Bizim gücümüz nədir? Fakt budur ki, biz vahid komandayıq və çətinliklər olanda bunu xüsusilə aydın görmək olar. Birlik ən yaxşı silahdır”.

34 yaşlı erməni futbolçu 2022-ci ilin iyulundan “İnter”də çıxış edir. Yarımmüdafiəçi İtaliya klubunda 65 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button