Konor Makqreqorun ayağı sındı

Mütləq döyüş çempionatının (UFC) sabiq çempionları Konor Makqreqorla Dastin Porye arasında 3-cü dəfə görüş keçirilib.

Komanda.az xəbər verir ki, döyüş ilk raundda xoşagəlməz hadisə ilə başa çatıb. Belə ki, Makqreqorun ilk raundda ayağı sınıb və o döyüşə davam edə bilməyib. Qalib isə Dastin elan olunub.

Tərəflər arasında 4-cü görüşün keçiriləcəyi bildirilib.

Makqreqor və Porye bu döyüşə qədər iki dəfə üz-üzə gəliblər. 2014-cü ildə keçirilən ilk döyüşdə Konor Makqreqor qələbə qazanıb. Bu ilin əvvəlində baş tutan ikinci döyüşdə isə Dastin Porye rəqibini nokautla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button