Murad Musayev “Qarabağ”ın sabiq futbolçusunu komandasında istəyir

“Qarabağ”ın sabiq futbolçusu Julio Romao “Ferentsvaroş”dan ayrıla bilər.

Komanda.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Krasnodar”ın maraq dairəsindədir. 

Rusiya klubunun baş məşqçisi Murad Musayevin Romaoya maraq göstərdiyi deyilir. “Krasnodar” onun keçidini yayda həll etmək istəyir. Braziliyalı futbolçu “Santa Kruz” (Braziliya), “Santa Klara” və “Qarabağ”da oynadıqdan sonra 2025-ci il fevral ayında “Ferentsvaroş”a keçib. Onun bu klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Murad Musayev daha əvvəl “Sabah”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button