Murad Musayev: “Qarabağ” heç vaxt bu qədər ləng oynamayıb”
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turunun “Turan Tovuz”la oyunundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının 1:0 hesablı qələbəsi haqda danışıb:
“Çətin qələbə qazandıq. Xarakter nümayiş etdirdik. Regionda oynamaq həmişə çətindir. Xüsuilə də, meydança süni örtükdürsə, işiniz daha da çətinləşir. Çünki futbolçular tez yorulur.
Oyunda diqtə edən tərəf biz idik.
Bura qədər gəlib bizə dəstək olan “Sabah” azarkeşlərinə təşəkkür edirəm. “Turan Tovuz” azarkeşlərinə də həmçinin. Onlar bizi çox yaxşı qarşıladı. Tovuzlu azarkeşlər futbolu yaxşı bilirlər. Ötən tur “Qarabağ”ı xoş qarşılamışdılar, bu dəfə isə bizi. “Turan Tovuz”a daha çox qələbələr, azarkeşlərinə daha çox sevinc arzu edirəm”.
Musayev “Qarabağ”ın bu tur xal itirməsinə də toxunub:
“Turnir cədvəlinə baxmaq hələ ki, tezdir. Öz oyunumuza köklənməliyik. “Qarabağ”ın xal itirməsi bizdə gərginlik yaratmamışdı. Bizə gərginliyi rəqib və meydança yaratdı. Kiminsə hazırda turnir cədvəlinə fikir verdiyini düşünmürəm. “Qarabağ” dünən yorğun görünürdü, onlar heç vaxt bu qədər ləng oynamayıb. Onlar mövsümə erkən başlayıb. Hər oyun ağır keçir. İlin sonuna yaxın yorğunçuluq hiss edilir”.
Bizi Facebook-da izləyin