“Bu aylarda oynamalı olsaq…” – Villian

İngiltərənin “Çelsi” klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Villian açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi, müqaviləsinin bitməsinə az qalmasına baxmayaraq, koronavirus səbəbiylə çempionat dayandırıldığı üçün “zadəganlar”da oynayacağını bildirib:

“Düşünürəm ki, müqaviləm iyul ayında bitəcək. Bu aylarda oynamalı olsaq, kluba sadiq qalaraq, çempionatı bitirməyin mənim üçün problem olmayacağını düşünürəm. Müqaviləmin bitməsinə baxmayaraq, çempionatı tamamlamaq üçün komandada qalaram. Amma bunun dəqiq olmadığını bilirik. Nələrin baş verəcəyini bilmirik. İstənilən halda, hər zaman olduğu kimi, müqavilədən asılı olmayaraq, klub üçün əlimdən gələni etməyə hazıram.

Klub bizə evdən çıxmamaqla bağlı təlimat verib. Marketə və ya aptekə getmək istisna olmaqla, evdən çıxmamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button