Müqaviləni uzatmasa, satılacaq

“Mançester Siti” Rahim Sterlinqlə müqaviləni yeniləməsə, onu sata bilər.

Komanda.az “The Times”a istinadən xəbər verir ki, “şəhərlilər” ingilis vingerlə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir. Danışıqların həlledici mərhələsi mövsümün sonuna planlaşdırılıb.

Sterlinq yeni müqavilə imzalamasa, “Mancester Siti” onu sata bilər. Bu halda klub 27 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinqdən çox pul tələb edəcək.

Sterlinqin “Mançester Siti” ilə müqaviləsi 2023-cü ildə başa çatır.