Mümkün olan bütün titulları qazanmaq istəyirik – Valverde

İspaniya kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Sevilya”ya 6:1 hesabıyla qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde, açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, yaxşı oyun göstərdiklərini deyib:

“Bir oyunun gedişində vəziyyət həm sizin, həm də rəqibin xeyrinə ola bilər. İlk oyunda sərfəli nəticə əldə etməyi bacarmadıq və “Sevilya” bizi məğlub etdi. Bu oyuna isə intensiv başladıq və hesabı tez aça bildik. Rəqib hesabı 4:1 etdikdən sonra müdafiədə yaranan boşluqlardan istifadə etdik. Qarşılaşmanın taleyinə daha tez qərar verə bilərdik.

Bəzən bəzi turnirləri qurban verməyimizin lazım olduğu düşünülür. Amma biz mümkün olan bütün titulları qazanmaq istəyirik. Kubok bizi çox ruhlandıracaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button