“Biz Müllerə heç bir təzyiq etmirik” – “Bayern” rəsmisi

“Bayern”in baş direktoru Yan-Kristian Drezen hücumçu Tomas Müllerin Münhen klubu ilə müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, futbolçuya komandada qalması üçün heç bir təzyiq olunmadığını deyib:

“Onun 67 yaşına qədər oynamaq istəyib-istəməyəcəyini bilmirəm. Biz Müllerə heç bir təzyiq etmirik. Tomasın komanda üçün nə qədər vacib olduğunu görə bilirik. Görək, nə baş verir. Onun uzun müddət bizimlə olacağına ümid etmək üçün hər cür əsasımız var”.

Müller 2009-cu ildən “Bayern”in əsas komandasında çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm komandanın heyətində bütün yarışlarda 7 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button