Müller karyerasını nə vaxt bitirəcək?

“Bayern”in hücumçusu Tomas Müller karyerasını bitirmək fikrində deyil.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, alman futbolçu hələ ki, oynamaqdan həzz aldığını bildirib:

“2024-cü ildən sonra yenidən oynamaq istəyirəm. Mən hələ də oyundan həzz alıram. Ümid edirəm ki, bu nəzərə çarpacaq”.

34 yaşlı forvardın “Bayern”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Müller ümumilikdə Münhen komandasının heyətində 680 oyun keçirib, 237 qol vurub və 261 məhsuldar ötürmə verib.

O, bu mövsüm “Bayern”də 14 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button