Müller narazıdır

“Bayern”in hücumçusu Tomas Müller komandanı tərk edə bilər.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, alman futbolçu klubdakı mövqeyindən narazıdır. Münhen təmsilçisinin çalışdırıcısı Tomas Tuxel Mülleri start heyət oyunçusu olaraq görmür.

34 yaşlı oyunçu hazırkı baş məşqçisinin rəhbərliyi altında vəziyyətinin dəyişəcəyinə inanmır. Buna görə də, futbolçunun gələn yay “Bayern”dən ayrılacağı bildirilir.

Müller bu mövsüm “Bayern”in heyətində 6 matçda 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button