“2:1 yox, 3:0 hesabı ilə qalib gəlməliyik” – Müller

“Bayern”in hücumçusu Tomas Müller Tomas Tuxelin rəhbərliyi altında komandanın durumu ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın daha yaxşı çıxış etməli olduğunu deyib:

“Bayern” inkişaf yeri deyil. Komanda hər şənbə və çərşənbə günü əlindən gələni etməlidir. 2:1 yox, 3:0 hesabı ilə qalib gəlməliyik. İndi bizim üçün çox təhlükəli vəziyyətdir”.

Tuxel 2023-cü ilin martından “Bayern”ə rəhbərlik edir. Münhen klubu 50 yaşlı mütəxəssislə 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqaviləni yeniləməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button