“Mançester Siti”nin futbolçusu sıradan çıxdı

UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveç millisinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, millinin yarımmüdafiəçisi Bernardo Silva sıradan çıxıb. Oyuna start heyətində başlayan futbolçu, 22-ci dəqiqədə zədələnib və meydanı erkən tərk etməli olub. Sağ ayağının əzələsindən zədələndiyi bildirilən “Mançester Siti”nin üzvünün vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.

İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button