İngilis futbolçu özünü “Barselona”ya təklif edib

“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips özünü “Barselona”ya təklif edib. 

Komanda.az “Sport” nəşrinə istinadən xəbər verir ki, “Barselona” yay transfer pəncərəsində bir və ya iki yarımmüdafiəçi ilə müqavilə imzalamağa hazırlaşır. Kataloniya klubu ingilis futbolçunun istəyindən xəbərdardır, lakin qərar verməyə tələsmir. 

“Mançester Siti” 28 yaşlı futbolçunu təxminən 30 milyon avroya satmağa hazırdır.

Fillips 2023/2024 mövsümünün ikinci hissəsini “Vest Hem”də icarə əsasında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button