“Mançester Siti”nin futbolçusu klub axtarışında

“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips qışda komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Kevin de Bruynenin zədəsi və İlkay Gündoğanın “Barselona”ya getməsi səbəbindən 27 yaşlı futbolçunu yayda buraxmağa hazır deyildi. Lakin futbolçuya hələ də az oynamaq şansı verilir. Fillips indi AÇ-2024-də İngiltərə millisində yerini itirməmək üçün yeni klub tapmaqda qərarlıdır.

İngilis futbolçu keçən ilin yayında “Lids”dən Mançester təmsilçisinə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button