Qvardiolanın 60 milyon avroluq istəyi

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, italiyalı oyunçuya “Mançester Siti” maraq göstərir.

“Şəhərlilər”in ispaniyalı baş məşqçisi Pep Qvardiola hesab edir ki, 25 yaşlı futbolçu onun oyun sisteminə mükəmməl uyğun gəlir.

İngiltərə təmsilçisi Kambiasoya görə 60 milyon avro ödəməyə hazırdır. O, cari mövsümdə A Seriyasında 30 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarınadək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button