Mourinyonun “Real”da görmək istədiyi müdafiəçi

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol gələcəkdə “Real”a transfer oluna bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun transferi ilə bağlı ciddi maraq var. Bildirilir ki, portuqaliyalı baş məşqçi Joze Mourinyo “kral klubu”na qayıdacağı halda, Qvardiolu komandasının əsas hədəflərindən biri kimi görür.

24 yaşlı müdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. “Transfermarkt” onun bazar dəyərini təxminən 70 milyon avro olaraq qiymətləndirir.

O, cari mövsümdə “Mançester Siti” forması ilə 17 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button