“Mourinyonu bir mövsümə görə tənqid etmək doğru olmaz” – Qvardiola

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, London klubunun baş məşqçisi Joze Mourinyo ilə bağlı danışıb:

“Hər kəs Mourinyonun baş məşqçi kimi xüsusiyyətlərini, bacarıqlarını bilir. O, böyük təcrübəyə malik, uğurlu mütəxəssisdir. Mourinyonu bir mövsümə görə tənqid etmək doğru olmaz. Onun son oyunlara və nəticələrə görə tənqid olunduğunu bilirəm, amma baş məşqçiləri 10-15 illik bir təcrübəyə görə mühakimə etməyə çalışıram. Hər məşqçinin pis və yaxşı xüsusiyyətləri var. Joze 15-20 ildir ki, bu işdədir və bu müddət ərzində bir çox uğur qazanıb. Buna hörmət etmək lazımdır. Hər zaman Mourinyonun gördüyü işlərə və karyerasına böyük hörmət etmişəm”.

Bu gün keçiriləcək “Tottenhem” – “Mançester Siti” oyununa saat 20:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button