
Mourinyo: “Ümidimiz artdı”
“Benfika” UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Ayaks” üzərində 2:0 hesablı qələbə qazanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lissabon klubunun baş məşqçisi Joze Mourinyo matçdan sonra nəticəni şərh edib:
“Bu qələbə turnir cədvəlini nəzərə alsaq, bizim üçün çox vacibdir. Ümidimiz artdı. Hələ iki qələbə qazanmalıyıq və o zaman şanslarımız yaxşı olar”.
“Qartallar” 5 turdan sonra 3 xalla turnir cədvəlinin 29-cu pilləsində qərarlaşıblar. Komanda Çempionlar Liqası çərçivəsində növbəti matçda “Napoli”ni qəbul edəcək.
Həm “Napoli”, həm “Ayaks”, həm də “Benfika” “Qarabağ”ın Çempionlar Çempionlar Liqasındakı rəqibləridir. “Köhlən atlar” bu turnirin ilk turunda “Benfika”nı səfərdə 3:2 hesabı ilə məğlub edib, dünən isə “Napoli”yə uduzub – 0:2. Komanda 6-cı turda Bakıda “Ayaks”ı qəbul edəcək.
Bizi Facebook-da izləyin



