
Mourinyo “Real”ın onu satmasını istəmir
“Real”ın gələcək baş məşqçisi kimi göstərilən Joze Mourinyo komandanın yarımmüdafiəçisi Federiko Valverdenin satılmasına qarşı çıxıb.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 27 yaşlı futbolçunu toxunulmaz hesab edir və yay transfer pəncərəsində onun komandadan ayrılmasını istəmir. Bildirilir ki, “Mançester Yunayted” Valverde ilə ciddi şəkildə maraqlansa da, Mourinyo bu keçidə razılıq verməyəcək.
Daha əvvəl Valverde komanda yoldaşı Orelyen Tçuameni ilə dava etmişdi. Hadisə nəticəsində uruqvaylı yarımmüdafiəçi xəstəxanaya aparılmış və bir neçə məşqi buraxmalı olmuşdu.
Valverde cari mövsümdə bütün turnirlərdə 48 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



