
“Real” yeni hücumçu alacaq – Mourinyo ilə anlaşsa
“Real” hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyonu baş məşqçi postuna geri qaytara bilər. Bu təyinat baş tutarsa, portuqaliyalı mütəxəssis Madrid klubunun heyətini gücləndirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yay transfer pəncərəsində yeni hücumçu ilə müqavilə imzalamağı planlaşdırır. Lakin potensial transfer üçün namizədlərin adları hələ açıqlanmayıb.
“Real” bu mövsüm İspaniya La Liqasının turnir cədvəlində 2-ci yeri tutub. Madrid komandası La Liqanın son turunda evdə “Atletik”ə 4:2 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



