Mourinyo “Real” üçün ilk transferini seçib

Portuqaliyalı baş məşqçi Joze Mourinyo “İnter”in müdafiəçisi Alessandro Bastoninin “Real”a mümkün transfer şərtlərini razılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda Madrid klubuna təyinatı gözlənilən 63 yaşlı çalışdırıcı italiyalı futbolçu ilə şəxsən danışıb və keçid ehtimalını müzakirə edib. Bildirilir ki, Bastoni də “Real”a keçməyə razılıq verib.

27 yaşlı oyunçu “kral klubu”nun müdafiə xəttini gücləndirmək üçün əsas namizəd hesab olunur. Mourinyo, Bastonini komandanın yeni müdafiə lideri kimi görür və transferi mümkün qədər tez yekunlaşdırmaq istəyir. Buna səbəb kimi isə İtaliya millisinin 2026-cı il dünya çempionatında iştirak etməyəcəyi göstərilir.

Bununla belə, “Real” rəhbərliyi klubdakı prezident seçkiləri başa çatmadan heç bir transferə yekun təsdiq verməyi planlaşdırmır.

Daha əvvəl Bastoninin “Barselona” ilə də mümkün keçidlə bağlı əlaqə saxladığı barədə xəbərlər yayılmışdı. Müdafiəçinin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə Milan təmsilçisinin heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button