Mourinyo həmyerlisini istəyir

İngiltərənin “Tottenhem” klubu heyətini “Lester”in futbolçusuyla gücləndirə bilər.

Komanda.az Belçika mətbuatına istinadən xəbər verir ki, “tülkülər”in 26 yaşlı futbolçusu Rikardo Pereyra London klubunun transfer hədəfindədir. “Tottenhem”in baş məşqçisi Joze Mourinyo Pereyranın qış fasiləsində transfer edilməsini istəyir. Klubun qarşı tərəflə danışıqlara başlamağa hazır olduğu, eyni zamanda “Lester”in də Pereyranı əvəzləmək üçün futbolçu axtarışlarına başladığı bildirilir.

2018-ci ildən “Lester”in şərəfini qoruyan portuqaliyalı futbolçu, bu mövsüm iştirak etdiyi 19 oyunda  2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button