“Real”la matçda qovulan Mourinyo: “Hakimin əlində bir kağız var idi”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında “Real”a qarşı keçirilən oyunda qırmızı vərəqə almasının səbəbini açıqlayıb.

Portuqaliyalı mütəxəssis qarşılaşmanın sonlarında iki sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bu səbəbdən, cavab matçında – “Santyaqo Bernabeu”da komandasına rəhbərlik edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mourinyo hakimin qərəzli davrandığını iddia edib:

“Məni tamamilə açıq-aşkar bir şeyi dediyimə görə qovdular. Hakimin əlində bir kağız var idi və orada yazılmışdı ki, Orelyen Tçuameni, Karreras və Din Heysen sarı vərəqə almamalıdır. O, qəsdən bu futbolçuları cəzalandırmırdı ki, cavab oyununu buraxmasınlar. Mən sadəcə bunu dedim. Bu işlərin necə getdiyini hamımız bilirik”.

Qarşılaşma Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”na qələbəni Vinisius Juniorun vurduğu qol qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button