İtaliya klubunun stadionunun adı dəyişdirilir? – Açıqlama

Montsa Şəhər Şurası klubun eyniadlı stadionunun Silvio Berluskoninin şərəfinə adlandırılmasını təklif edib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatında yayılan press-relizdə aşağıdakı fikirlər diqqətə çatdırılıb:

“Mövcud qaydalara uyğun olaraq, “Brianteo” stadionuna (“Montsa”nın ev matçlarını keçirdiyi arena) Berluskoninin adının verilməsi üçün səlahiyyətli orqanlara sorğu göndəriləcək.

Əldə etdiyi bir çox uğurlara görə onun adı şəhərimizdə əbədi olaraq yad ediləcək. Çünki onun rəhbərliyi ilə “Montsa” 2022/23 mövsümündə İtaliya A Seriyasında iştirak etmək hüququ qazandı. Klub 2023/24 mövsümündə də adıçəkilən çempionatda mübarizə aparacaq”.

Xatırladaq ki, “Montsa” klubunun prezidenti dünən Milanda yerləşən San Raffaele xəstəxanasında vəfat edib. Aprel ayında onun leykemiya xəstəliyi ilə bağlı xəbəri yayılmışdı.

Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub. O, 2018-ci ilin sentyabrında “Montsa”nı satın alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button