“Monako” “Yuventus”un futbolçusunu transfer edir

“Yuventus”un yarımmüdafiəçisi Denis Zakariya “Monako”ya keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda danışıqlar uğurla davam edir. Tərəflər ortaq razılıq əldə etməyə yaxındırlar.

26 yaşlı futbolçu ötən ildən “qoca sinyora”nın üzvüdür. Zakariya keçən mövsüm icarə əsasında “Çelsi”də oynayıb. O, “zadəganlar”ın heyətində 11 oyuna çıxıb, bir qol vurub.

Zakariyanın Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button