Tezliklə “Monako”ya keçəcək – “Arsenal”ın hücumçusu

“Arsenal”ın hücumçusu Folarin Baloqun tezliklə “Monako”ya keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 22 yaşlı futbolçu üçün bonuslarla yanaşı 40 milyon avro alacaq. Əlavə olaraq, müqaviləyə Baloqunun “Monako”dan ayrılacağı təqdirdə, London klubunun satışdan alacağı faiz də daxil olacaq.

Baloqun 2022/23 mövsümünü icarə əsasında Fransanın “Reyms” klubunda keçirib, 39 oyunda çıxış edib, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button