“Şerif”lə tarix yazan Vernidubun maaşı nə qədərdir?

Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Vernidubun aylıq məvacibi məlum olub.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis Tiraspol təmsilçisində aylıq 20 min avro qazanır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Şerif” Çempionlar Liqasında İspaniyanın “Real” komandasını səfərdə məğlub edib (2:1). Moldova klubu bu qələbəyə görə UEFA-dan 3 milyon avro bonus alacaq. Ukrayna mətbuatının xəbərinə görə, bu məbləğin 1 milyon avrosu baş məşqçi Verniduba verilib.

“Şerif”in futbolçularının aylıq məvacibləri 5-7 min avrodur.

Tiraspol təmsilçisi Çempionlar Liqasının D qrupunda 6 xalla liderdir. Moldovalılar qrupda “İnter” (İtaliya), “Şaxtyor” (Ukrayna) və “Real”la mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button