“Real”dan qorxmuruq” – “Şerif”in baş məşqçisi

Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Vernidub Çempionlar Liqasında “Real”a (İspaniya) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis, Madrid klubundan qorxmadıqlarını deyib:

“Real”ın gücünü bilirik, hər şeyi dərk edirik, amma onlardan qorxmuruq. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Bu, hamımız üçün vacibdir. Həm hücumda, həm də müdafiədə yaxşı oynamalıyıq. Bizi böyük oyun gözləyir. Ən yaxşı tərəflərimizi nümayiş etdirməyə çalışacağıq.

Əlbəttə, özümüzü aldatmamalıyıq. Qrupun favoritləri “Real” və “İnter”dir (İtaliya). Bəli, “Şaxtyor” da (Ukrayna) güclüdür. Bizim vəzifəmiz hər oyunda qrup mərhələsinə layiq olduğumuzu sübut etməkdir. Bu, bizim üçün çox vacibdir”.

Bu gün keçiriləcək “Real” – “Şerif” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button