
Modriç: “Tezliklə hər şeyi biləcəksiz”
Xorvatiya millisinin kapitanı Luka Modriç, böyük ehtimalla, yığmadakı son oyununa çıxıb.
40 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın 1/16 finalında Portuqaliya millisinə qarşı keçirilən matça start heyətində başlayıb. Ancaq o, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Xorvatiya millisi 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
Turnir başlamazdan əvvəl mətbuatda Modriçin mundialdan sonra karyerasını başa vuracağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin futbolçu hələlik bu məlumatı təsdiqləməyib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, matçdan sonra gələcəyi ilə bağlı sualı cavablandıran Modriç bunları deyib:
“İndi bu haqda danışmağın vaxtı deyil. Tezliklə hər şeyi biləcəksiz”.
“Real”ın sabiq yarımmüdafiəçisinin “Milan”la müqaviləsinin müddəti bu yaxınlarda başa çatıb. Bununla belə, italiyalılar hələlik onun komandadan ayrıldığını rəsmən açıqlamayıblar.
Bizi Facebook-da izləyin



