“Modriç tam fərqli səviyyədir”

İtaliyanın sabiq tanınmış hücumçusu Luka Toni xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin İtaliya çempionatına keçidini 2025-ci ilin ən mühüm futbol hadisəsi hesab edir.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, bu transferin xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Modriç 2025-ci ilin ən vacib transferidir. O, tam fərqli səviyyədir. Belə futbolçular gənclərə qarşı rahatlıqla, hətta ağzında siqaretlə belə oynaya bilərlər. O, Səudiyyə Ərəbistanına gedib böyük məbləğdə pul qazana bilərdi, amma qazanmaqdan çox futbol oynamağı seçdi”.

40 yaşlı yarımmüdafiəçi yayda azad agent kimi “Milan”a keçib.

Modriç uzun illər “Real”ın formasını geyinib. O, 2018-ci ildə “qızıl top” mükafatına layiq görülüb. Həmin il Modriç Xorvatiya millisinin heyətində dünya çempionatının finalına yüksəlib, ancaq həlledici qarşılaşmada Fransa yığmasına məğlub olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button