Modriç 14-cü dəfə ilin futbolçusu seçildi

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bu mükafata layiq görülüb. O, həmçinin, ardıcıl 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilməklə diqqət çəkib. Mükafat artıq Xorvatiya Futbol Federasiyası tərəfindən oyunçuya təqdim olunub.

Modriç 2025/26 mövsümündə klub səviyyəsində bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button