Modriç “Milan”da ilk kubokunu qazandı

“Milan”ın yarımmüdafiəçisi Luka Modriçin qızı Ema atasının yolunu davam etdirməyə qərar verib və futbolla məşğul olur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ qısa olan karyerasında ilk böyük uğurunu əldə edib – ilk kubokunu qazanıb.

Bu nailiyyət “Milan”ın 13 yaşadək qızlardan ibarət komandası ilə “Napoli”yə qarşı oyunda qeydə alınıb. “Milan” daha əvvəl yarımfinalda “İnter” üzərində 2:0 hesablı qələbə qazanıb, 1/4 finalda isə “Sassuolo”nu məğlub (3:1) edib.

Emanı tribunadan bütün ailəsi dəstəkləyib – atası Luka Modriç, anası Vanja Modriç, eləcə də digər övladlar İvano və Sofiya.

40 yaşlı xorvatiyalı futbolçu ötən ilin yayında “Real”da 10 ildən artıq çıxış etdikdən sonra “Milan”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button