Modriç klubunu dəyişmək istəyir

Luka Modriç mövsümün ortasında “Real”dan ayrıla bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi qışda komandanı tərk edə bilər. O, oyun vaxtı az olduğundan bu fikrə düşüb.

Modriç bu mövsüm matçların 66 faizinə ehtiyat oyunçular skamyasında başlayıb.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti sentyabrdakı beynəlxalq fasilədən əvvəl Modriçə əsas heyətə qayıdacağına söz verib. Ancaq onu yalnız “Union”la Çempionlar Liqası və “Osasuna” ilə La Liqa oyunlarında meydana buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button