
“Modriç heç kimlə müqayisə edilə bilməz”
“Milan”ın sabiq hücumçusu Andrey Şevçenko xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin İtaliya klubundakı oyununu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Modriç heç kimlə müqayisə edilə bilməz. Modriç usta, futbol dahisidir. O, “Milan”a böyük motivasiya ilə qoşulub. Bu oyunçunun hələ də çox enerjisi var. O, oyuna yüz faizini verir”.
40 yaşlı xorvatiyalı futbolçu bu mövsüm “Milan”da 14 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



