Modriçin “Milan”dakı taleyinə o görüş aydınlıq gətirəcək

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını klubunda davam etdirib-etdirməyəcəyi barədə yekun qərarı yeni baş məşqçi Ruben Amorimlə görüşdən sonra verəcək.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi xorvatiyalı futbolçunu daha bir mövsüm komandada saxlamaqda maraqlıdır. Modriç isə hazırda davam edən dünya çempionatı başa çatdıqdan sonra Amorimlə görüşərək, gələcək planlarını müzakirə etməyi qərara alıb.

“Milan”ın UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi Modriçin planlarına təsir göstərib. Buna baxmayaraq, 40 yaşlı futbolçu klubun yeni layihəsi və baş məşqçinin baxışları ilə tanış olduqdan sonra yekun qərarını açıqlayacaq.

Modriçin “Milan”la müqaviləsinin müddəti yaxın aylarda başa çatacaq və tərəflər arasında yeni anlaşma ehtimalı hələ də gündəmdə qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button