
“Modriç 45 yaşına qədər oynaya bilər”
“Milan”ın hücumçusu Kristofer Nkunku 40 yaşlı komanda yoldaşı Luka Modriç haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun unikal oyunçu olduğunu deyib:
“Modriç unikal və inanılmaz oyunçudur. Ayağının çöl tərəfi ilə inanılmaz ötürmələr verir. Çox çalışsam belə, bunu edə bilmərəm. Düşünürəm ki, o, 45 yaşına qədər oynaya bilər”.
Modriç 2025-ci ilin yayında “Real”dan “Milan”a keçib və klubla 1 illik müqavilə imzalayıb. O, A Seriyasının bu mövsümündə 22 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



