Mourinyo onu yanına çağırır

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu “Tottenhem”in hədəfindədir. Məlumata görə, London klubunun baş məşqçisi Joze Mourinyo Modriçlə əlaqə saxlayaraq, onu komandasına dəvət edib. Futbolçunun Mourinyonun təklifinə necə yanaşdığı bilinmir.

Modriçin “Real”la müqaviləsi cari mövsümün sonunda bitir. 35 yaşlı futbolçu Madrid klubundan yeni müqavilə təklifi almayıb.

Modriç 2008-2012-ci illərdə “Tottenhem”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button